Gündəm

Bakının xəstəlik yayan çimərlikləri – İstifadə QADAĞAN EDİLDİ

“Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur”

Savash.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Nazirlik rəsmisi bildirib ki, dəniz suyunda bağırsaq çöplərinin həddə uyğun olub-olmaması vacibdir. “Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər. Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələr götürülür, labortoriyada müayinələr aparılır. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 mindir, lakin bəzi ərazilərdə bu göstərici həddindən artıq normadan çox olur. Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çirməliklərində götürülən bakteroloji nümunələr standartlara uyğun gəlməyib. Bu çimərliklərdə istifadə qadağan olunub”.

Z.Kazımov qeyd edib ki, Abşeron yaramadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button