Gündəm

Qaradağda “Çanaqqala-türklərin istiqlal savaşı” mövzusunda konfrans keçirilib

Qaradağda “Çanaqqala-türklərin istiqlal savaşı” mövzusunda konfrans keçirilibAprelin 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində “Çanaqqala-türklərin istiqlal savaşı” mövzusunda elmi-praktiki konfrans keçirilib

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Həmid Karadeniz, Səfirliyin dini işlər üzrə müşaviri Kamil Günəş, Gəncliyə Yardım Fondunun direktor müavini Salman Əliyev, Bəstəkar, vətənpərvərlik ruhlu mahnıların müəllifi Sevinc Tofiq qızı, şair Vaqif Nəcəfzadə, məktəb müəllimləri və rayon gəncləri iştirak edirdi.

İlk öncə tədbir iştirakçıları Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edildi və abidə önünə gül dəstələri qoydular.

Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Çanaqqala zəfərini əks etdirən rəsm əsərlərindən ibarət guşəyə baxdılar, Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanış oldular.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çanaqqala zəfərinin türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Çanaqqala zəfəri islam dünyasının ən böyük dövlətlərindən biri olan Osmanlı dövlətinin əsarət altına salınmasına yönələn, Avropanın işğalçı dövlətlərinin apardıqları işğalçılıq siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, mübarizəsidir. Çanaqqala zəfərində türk xalqı ilə birgə 3 minə yaxın azərbaycanlının da iştirak etməsi iki qardaş xalqın birlik nüməsidir. Bu möhtəşəm zəfər ilə bağlı Qaradağ rayonunda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Həmid Karadeniz öz nitqində Çanaqqala zəfəri ilə türklərin tarix boyu nə qədər qəhrəman, mübariz bir xalq olduğunu bir daha sübut olunması fikrini səsləndirdi. Bildirdi ki, Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar. Qazanılan Çanaqqala zəfəri ilə Osmanlı gələcək Türkiyə Cümhuriyyətinin işğalının qarşısını aldı və öz mövcudiyyətini saxlaya bildi. Amma hazırda Ermənistan uydurma bir soyqırımdan yapışaraq bu hadisəni siyasi bir aksiya kimi keçirməyə çalışır. Osmanlı imperiyasına arxadan zərbə vuran, ona xəyanət edən və ruslarla birgə Osmanlıya qarşı döyüşən ermənilərin ölkə daxilində bir ərazidən digər bir əraziyə köçürülməsini soyqırımı kimi qeyd etmək absurddur.

Tədbirdə çıxış edən digər natiqlər də Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazdığını bildirdilər. Qeyd etdilər ki, bu müharibə nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut etdilər. Hal-hazırda türk xalqlarının birliyi hər gün atır, ölkələrimiz arasında dostluq qardaşlıq münasibətlərinin yüksək səviyyədədir. Uydurma Erməni yalanlarının gec-tez ifşa olunacaq, tarixin həqiqətlərinin bütün dünyada qəbul olunacaqdır.

Tədbirin sonunda Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı, tədbirdə iştirak edən qonaqlara fəxri fərman və hədiyyələr təqdim olundu.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button