Gündəm
Seymur Həzinin məhkəməsi başladı
Xəbər verdiyimiz kimi bu gün \”Azadlıq\” qəzetinin və \”Azərbaycan saatı\”nın əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin növbəti məhkəmə prosesi keçirilməli idi. Saat 11.40-da başlayan proses Abşeron rayon məhkəməsindədir. Məhkəmənin başlamasına bir müddət qalmış S.Həziyə dəstəy olmaq üçün binanın önünə jurnalistin ailə üzvləri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri AXCP sədri Əli Kərimli, istiqlalçı deputat İbrahim İbrahimli, AXCP fəalları toplaşıb. Məhkəmə ilə bağlı reportajı gün ərzində təqdim edəcəyik