Gündəm

M.Saakaşvili: \”Biz Azərbaycanı bütün dünyaya nümunə göstərə bilərik\”

M.Saakaşvili: "Biz Azərbaycanı bütün dünyaya nümunə göstərə bilərik"
“Hər dəfə Azərbaycana gələndə mən burada proqres və inkişaf görürəm. Mən sovet dövründə də Azərbaycanda olmuşam. Sovet və müstəqil, inkişaf etmiş Azərbaycanı müqayisə etmək mümkün deyil”.

Virtualaz.org bildirir ki, bunları Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Formunun açılışında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Təsəvvür edirsiniz, sovet dövründə Azərbaycan qaz idxal edirdi, ölkə qaranlıq içində idi. Bu gün Azərbaycan güclü və inkişaf etmiş ölkədir. Biz Azərbaycanı müstəqillik əldə edəndən sonra böyük uğurlar qazanmış ölkə kimi bütün dünyaya nümunə göstərə bilərik”, – Saakaşvili vurğulayıb.

Onun sözlərinə görə, Avropa “Şərq tərəfdaşlığı” layihəsinə Rusiyanın Gürcüstana təcavüzündən sonra başlayıb.

“Avropa bizim ölkələrə kömək etməlidir. Bunun əvəzində isə biz görürük ki, Avropada bəziləri Rusiyanın siyasətinə haqq qazandırmaq istəyirlər. Bu, kökündən yanlış yanaşmadır. Avropa gənc demokratiyaların yanında olmalıdır”, – o deyib.

Gürcüstanın sabiq prezidenti deyib ki, Avropa öz dəyərlərini həqiqətən müdafiə etmək istəyirsə, Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir: \”Bəzi tərəflər Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edir. Bunlar ikiüzlü yanaşmadır…\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button