Gündəm

İŞİD qadınları Avropadakı fahişəxanalara satır – ŞOK İDDİA

İŞİD qadınları Avropadakı fahişəxanalara satır - ŞOK İDDİAİŞİD terror təşkilatı ilə bağlı daha bir iddia gündəmə gəlib. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İŞİD qaçırıb təcavüz etdiyi qadınları daha sonra fahişəxanalara satır.

Bildirilir ki, fahişəlik evlərini işlədənlər isə cihadçı militanlarla münasibət qurmaq üçün Suriya və İraqa gedən avropalı qadınlardır.

İlgiltərənin “Daily Mail” qəzeti bildirir ki, İŞİD yüzlərlə yezidi kürdü olan qadınları qaçırıb bir müddət istifadə etdikdən sonra Avropada fahişəlik evləri işlədən qadınlara verirlər. Qəzetin ortaya çıxardığı hesabata görə, bir çox ingilis qadın İŞİD liderləri üçün fahişəxanalar işlədirlər. Bu qadınların isə Suriyada və İraqdakı İŞİD militanlarının gəlinləri olmaq arzusu ilə Orta Şərqə gedən avropalı qadınlar olduğu vurğulanır.

Məqaləyə görə, indiyə qədər İŞİD militanları ilə əlaqədə olan 11-dən çox ingilis qadın təsbit edilmiş vəziyyətdədir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button