Gündəm

\”Bir də Məhəmməd peyğımbərin karikaturasını çəkməyəcəyəm\”

"Bir də Məhəmməd peyğımbərin karikaturasını çəkməyəcəyəm"\”Bir daha Həzrəti Məhəmmədin (s) karikaturalarını çəkməyəcəyəm, artıq bu məsələlərlə maraqlanmıram\”

Fransada terror hücumuna məruz qalan \”Charlie Hebdo\” satirik jurnalının rəssamlarından biri olan Renald Luzier açıqlama verib.

Fransa nəşrlərindən birinə müsahibə verən Luzier bildirib ki, yanvarın 7-də baş verən hadisədən sonra jurnaldan ayrılıb və bir daha heç bir şey çəkməyəcək.

Həyatının sonuna qədər rəssam olaraq qalmaq istəmədiyini deyən Luzier bildirib ki, bir daha Həzrəti Məhəmmədin (s) karikaturalarını çəkməyəcək.

Qeyd edək ki, Luzier jurnalın hücumdan sonra çıxan ilk nömrəsinin üz qabığındakı karikaturanı çəkmişdi.

Xatırladaq ki, Parisdə yanvarın 7-də \”Charlie Hebdo\” jurnalının redaksiyasına edilən terror hücumu nəticəsində 17 nəfər həyatını itirmişdi. Təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində terrorçular ölü ələ keçirilmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button