Gündəm

Etibarnamə ilə maşın alanlara- Xəbərdarlıq

Etibarnamə ilə maşın alanlara- XəbərdarlıqVətəndaşların çoxu maşın alarkən onu öz adına keçirmək yerinə etibarnamə ilə əldə etməyə üstünlük verir. Bu vəziyyət isə üzərindən illər keçməsinə baxmayaraq ciddi problemlərə, hətta avtomobilin itirilməsinə səbəb ola bilər.

Səbəb bunun daha asan və ucuz başa gəlməsidir. Alıcı elə düşünür ki etibarnaməni və texniki pasportu alıbsa, artıq avtomobil ona məxsusdur. Amma bu avtomobilin hüquqi olaraq satılması demək deyil.

Məsələn avtomobilin hüquqi sahibinin hər hansı bir hüquqi müstəvidə maddi öhdəliyi yaranarsa məhkəmə qaydasında həmin avtomobil müsadirə oluna bilər. Bu zaman əsas ziyan onu alan ikinci şəxsə dəyir.

Əsas problemlərdən biri də odur ki, əgər etibarnamə əsasında avtomobili satan şəxs dünyasını dəyişərsə həmin mülk üzərindəki hüquq onun varislərinə keçir. Yəni onun övladları yaxud həyat yoldaşı istədiyi vaxt həmin avtomobili de-fakto sahibinin əlindən ala bilər.

Avtomobil sahiblərinin əksəriyyəti də hesab edir ki, əslində etibarnamə ilə avtomobil almaq ən etibarsız üsuldur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button