Gündəm

Bakıda “JEK”lər ləğv olunur

Bakıda “JEK”lər ləğv olunur“Mənzil İstismar Sahələrinin səlahiyyəti onsuz da azaldılıb. Müəyyən məsələləri kooperativlər həll edir. Çünki həmin kooperativlərə imkan yaradılıb ki, Mənzil İstismar Sahələrinin funksiyalarını icra etsinlər”.

Bunu Modern.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvi Tahir Rzayev MİS-lərin ləğv olunması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qanunla MİS-lərin imtiyazları yoxdur: “Ümumiyyətlə, MİS-lərin səlahiyyətlərin səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklif olunur. Fikrimcə, bu ən yaxşı variantdır. Çünki elə MİS-lərin yerləşdiyi ərazilər məhz bələdiyyələrə məxsusdur. Məsələni bu yöndə həll etmək isə çətin deyil”.

Deputat MİS-lərdə çalışan insanların işsiz qalmaması üçün onların işə yararlılığından bələdiyyələrin istifadə etməli olduğunu da diqqətə çatdırıb: “Düşünürəm ki, həmin insanları bələdiyyələr işlə təmin etməlidir. Belə olan halda onlar həm işsiz qalmazlar, həm də bu sahədə onların təcrübəsindən müəyyən ştat daxilində istifadə edilə bilər. Məncə, bu daha uyğun olar”.

Tahir Rzayev ümumi əmlakın, yəni binalarda olan liftlər, çardaqlar, obyektlər və digər yerlərin mülk sahiblərinin balansına keçirilməsinə münasibət bildirərkən deyib ki, əslində həmin sahələr mülkün üstündə sayıldığından, mülkiyyətçilərə verilməsi düzgündür: “Onsuz da həmin əmlaklardan istifadə olunmur, əksər vaxtlarda yararsız hala düşür, istifadədən kənarda qalan çardaqlar bəzən quş və heyvanların yuvasına çevrilir, antisanitariya hökm sürür”.

Onun sözlərinə görə, MİS-lərin ləğvi realdır: “Çünki bu dəqiqə MİS-lər elə bir iş görmür, ancaq müəyyən vəsaitlərin yığılması, zibil tullantılarının yığılması ilə məşğuldurlar. Onlar əhəmiyyətli bir iş görə bilmirlər. Nəzərə almaq lazımdır ki, bunlar su, kanalizasiya, evlərin təmiri ilə məşğul ola bilmirlər. Bütün bu imkanlar MİS-lərin əlindən çıxıb, çox cüzi səlahiyyətləri qalıb. Bu imkanların birləşdirilib bir təşkilatdan idarə olunması daha səmərəli olardı”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button