Gündəm

“Asqo” ləqəbli sürücü qəzanı necə törədib? – Qaradağdakı qəzanın təfərrüatı (VİDEO)

Xəbər verdiyimiz kimi, avqustun 2-də saat 19 radələrində  Sanqaçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vuraraq öldürüb və özü isə xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo hadisənin təfərrüatını öyrənib. Məlum olub ki, qəzanı törədən “Toyota” markalı avtomobilin sürücüsü M.Əhmədov epilepsiya xəstəsidir.

Belə ki, M.Əhmədov avtomobili idarə edən zaman qıcolması tutub və o, tormoz əvəzinə qaz əyləcini sıxıb. Nəticədə idarəsində olduğu 90-FD-955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilə nəzarəti itirdiyindən idarəetmədən çıxaraq yol kənarında hərəkətdə olan piyadanı vurub. Daha sonra isə yolun kənarında dayanmış 3 maşınla -“Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillə toqquşub.

O, qəsəbədə “Asqo” ləqəbli ilə tanınır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button