Gündəm

Mərkəzi Bank əmanətlərin orta faiz dərəcəsi haqda məlumat yaydı

Mərkəzi Bank əmanətlərin orta faiz dərəcəsi haqda məlumat yaydı
Mərkəzi Bank (MB) depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Virtualaz.org MB-dən verilən məlumata istinadən bildirir ki, 2015-ci il aprelin 1-nə olan məlumata görə, bankların cəlb etdikləri depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta, yəni manatla 8.95, xarici valyuta ilə isə 8.73 % təşkil edib.

Fiziki şəxslər üçün nəzərdə tutulmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 9.64 %, xarici valyuta ilə isə 9.57 % olub.

Qeyd edək ki, artıq verilmiş kreditlər üzrə bu göstərici milli valyuta ilə 14.15, xarici valyuta ilə isə 13.08 % təşkil edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button