Gündəm

Təfəkkür Universiteti axtarışda olan \”təsisçisi\” haqda açıqlama yaydı

Təfəkkür Universiteti axtarışda olan "təsisçisi" haqda açıqlama yaydı
Təfəkkür Universiteti Riyad Əliyevin beynəlxalq axtarışa verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Virtualaz.org qurumun mətbuat xidmətinə istinadən bildirir ki, R. Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə rəhbərlik tərəfindən məhkəməyə verilib: “Əfsuslar olsun ki, Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışdadır”.

Məlumatda həmçinin qeyd olunur ki, Təfəkkür Universitetinin Riyad Əliyev adlı təsisçisi olmayıb və universitetin Kiyev şəhərində filialı yoxdur.

Qeyd edək ki, APA ötən gün R. Əliyevin İnterpol xətti ilə axtarışa verilməsi barədə məlumat yayıb. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Mətbuatda yayılan məlumatlarda R. Əliyev Təfəkkür Universitetinin təsisçisi və Kiyev filialının rektoru kimi təqdim olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button