Gündəm

Prezident Administrasiyası Bakı Avropa Oyunlarına hücumlar haqda

Prezident Administrasiyası Bakı Avropa Oyunlarına hücumlar haqda
Novruz Məmmədov: \”Azərbaycana qarşı kampaniya aparanlar heç nə əldə edə bilməyəcəklər\”

\”Güclü inkişaf edən, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu formada \”qara piar\” kampaniyasının aparılması bunu edənlərə başucalığı gətirmir\”.

“Report” xəbər verir ki, Prezident Adminitrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində Qərbdən Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirərkən deyib.

N.Məmmədov bildirib ki, belə kampaniyalar heç bir nəticə verməyəcək: “Bunların hamısı boş şeylədir. Biz xalqa, özümüzə arxayınıq. Çünki xalq bu proseslərin mahiyyətini başa düşür. Onlar bu cür addımlarla nəsə əldə edə bilməyəcəklər. Düşünürəm ki, bu, dünyada ifrat dərəcədə istifadə olunan geosiyasi maraqları həyata keçirmək üçün atılan addımlardan biridir. Azərbaycanın müstəqil xarici siyasət kursu var, bu kurs ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan bundan başqa variantlara gedən deyil\”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button