Gündəm

Gültəkin Hacıbəyli keçmiş ərindən əl çəkmir

Gültəkin Hacıbəyli keçmiş ərindən əl çəkmir
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı iddiasına baxılıb.

Virtualaz.org saytı xəbər verir ki, Gültəkin Hacıbəyli Yasamal Rayon Məhkəməsinin Mahmud Mehdiyev barəsində olan hökmündən şikayət edib. Məhkəmə sabiq deputatın şikayətini rədd edərək M.Mehdiyevə bəraət verilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Mahmud Mehdiyevin 2014-cü il, mayın 17-də keçirdiyi mətbuat konfransında keçmiş həyat yoldaşı tərəfindən təhqir olunduğunu iddia edərək Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Yasamal Rayon Məhkəməsi qarşı tərəfin təqdim etdiyi sübutlarda 147.1, 147.2 və 148-ci maddələr üzrə ittihamlar olmadığından Mahmud Mehdiyevə bəraət vermişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button