Gündəm

Gizirimiz dəfn olundu – FOTO

Bir ildən artıq komada olan və ötən gün vəfat edən gizirimiz Mirzə Əhmədov dəfn olunub.

Savash.org xəbər verir ki, Silahlı Qüvvələrimizin giziri Mirzə Əhmədov bu gün doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılıb.

Vida mərasimində onun hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Əhmədov Mirzə Balaqardaş oğlu 1994-ci il yanvarın 20-də Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. M. Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.

Allah rəhmət eləsin!

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button