Gündəm

Milli Məclisin bugünkü iclası təxirə düşdü

Milli Məclisin bugünkü iclası təxirə düşdü
Milli Məclisin bu günə təyin olunan plenar iclası təxirə salınıb.

Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, iclas 15 may tarixinə keçirilib.

Milli Məclisin rəsmisi qeyd edib ki, deputatlarımız xarici ölkələrdə bir sıra tədbirlərdə iştirak edəcək: \”Deputatların xeyli hissəsi xarici ölkələrdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək. Bir hissəsi isə 9 May Qləbə Günü ilə bağlı mərasimlərə qatılacaq\”.

Akif Təvəkküloğlu həmçinin əlavə edib ki, Milli Məclisin gündəliyinə əlavələr edilə bilər. Onun sözlərinə görə, bu səbəblər nəzərə alınaraq parlamentin bu günə olan iclası təxirə salınıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button