Gündəm

Zeynəb Xanlarova ilə İlhamə Quliyeva neçə il yaşamağa söz veriblər?

Zeynəb Xanlarova ilə İlhamə Quliyeva neçə il yaşamağa söz veriblər?
Xalq artistləri Zeynəb Xanlarova və İlhamə Quliyeva Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak ediblər.

Sənətkarlar tədbirdən sonra Ölkə.Az-ın fotokamerasına tuş gəliblər. Səmimi söhbət edən xalq artistlərinin söhbəti barədə İ.Quliyeva Ölkə.Az-a bunları deyib:

“Mən Zeynəb xanımla dostam, bir-birimizi çox istəyirik. Dedi ki, səndən ötrü darıxmışam. Vaxtaşırı görüşürük. Mən də ona dedim ki, səni görüm yüz il yaşayasan. O da cavabında bildirdi ki, biz ikimiz də yüz il yaşamağa söz vermişik, Azərbaycanda bir sənsən, bir də mənəm, biz sərvətik. O, çox səmimi qadındır”. Qeyd edək ki, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin iştirak etdiyi mərasimdə “Heydər Əliyev” mükafatının təqdimetmə mərasimi olub. Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun “Heydər Əliyev” mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunub. Dövlət başçımız mükafatı Tahir Salahova təqdim edib. Ardınca Ümummilli liderin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib. Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.

Mehriban Əliyeva tanınmış incəsənət eksperti Erve Mikaelofa və muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button