Gündəm

İcra hakimiyyətinin işçiləri ağacları belə kəsir

İcra hakimiyyətinin işçiləri ağacları belə kəsir
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları İmişli şəhərinin mərkəzindəki parkda olan çoxillik ağacları kütləvi şəkildə kəsib tökürlər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə özünün facebook səhifəsində blogger Mehman Hüseynov məlumat yayıb

Bloggerin sözlərinə görə, bundan hiddətlənən Umişli şəhər sakinləri məmurlardan bu ağacları niyə kəsdiyini soruşanda RİH əməkdaşlarının cavabı belə olub ki, burada abadlıq işləri aparacaqlar.

“Biz çoxillik ağacları kəssək də yerində yenilərini əkəcəyik. Bunu da rayon sakinləri üçün edirik. Qoy İmişliyə gələn qonaqlar da görsünlər ki, rayonumuz necə uğurla inkişaf edir” – deyə yerli məmurlardan biri bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button