Gündəm

Hacı İbrahim Nehrəmlinin şirkəti batır

Hacı İbrahim Nehrəmlinin şirkəti batır
Son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib.

Saxlanılanlar sırasında \”Avesta\” konserninin rəhbəri hacı İbrahim Nehrəmli də var.

Dövlətdən götürdüyü milyonlarla krediti geri qaytarmayan iş adamının ciddi maliyyə böhranı ilə üzləşdiyi bildirilir.

Şirkətdən adının açıqlanmasını istəməyən şəxsin azvision.az-a verdiyi məlumata görə, konsern böyük maliyyə problemi ilə üzləşib. Bu səbəbdən işçilərin maaşlarında son aylar gecikmələr olub. Hətta holdinqdə ciddi ixtisarların aparılacağı haqda işçilərə xəbərdarlıq da edilib.

Mənbə şirkətin \”Azərcell\” mobil operatoruna da borclu olduğu vurğulayıb. Bildirib ki, \”Azərcell\”in şirkətdaxili abunə tarifləri ödənilmədiyindən işçilər üçün nəzərdə tutulan mobil telefonların xətti bağlanıb.

\”Bir aydır ki, şirkət \”Azərcell\”ə olan borclarını ödəyə bilmir. Ona görə həmin operatorun danışıq tariflərindən istifadə edə bilmirik\”, – deyə mənbə qeyd edib.

Xatırladaq ki, \”Avesta\” holdinqinin sahibi hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilib. Onun məlum maliyyə fırıldaqçılığına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyi bildirilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button