Gündəm
Hacıbala Abutalıbov: “Məni heç kim həbs etməyib”
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da paytaxtın Azadlıq prospektində yerləşən binanın yanmasına görə məsuliyyətə cəlb olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.
H.Abutalıbov publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Hazırda siz mənimlə danışırsınız. Heç həbsdə olan adamla danışmaq mümkün olar? Bütün bunların hamısı yalan və böhtan tipli məlumatlardır. Mən həbs olunmamışam”.