Gündəm

Azərbaycanlı oliqarxların işinə İnterpol da qoşuldu

Azərbaycanlı oliqarxların işinə İnterpol da qoşulduAxtarışa verilmiş iş adamı Fərid Quliyev artıq bir ildən çoxdur ki, “Computex” mağazalar şəbəkəsinin sahibi deyil.

Bunu açıqlamasında “Veys El” ASC-nin təsisçisi Oqtay Veysov bildirib.

O.Veysovun sözlərinə görə, Fərid Quliyev 2014-cü ilin aprel ayına qədər bu mağazalar şəbəkəsinin sahibi olub.

“Düz bir ildir ki, “Veys El” ASC “Computex”i ticarət markası kimi patentləşdirib və bu ad altında fəaliyyət göstərir. Hal-hazırda bu ad altında iki mağaza işləyir” – deyə O.Veysov bildirib.

Qeyd edək ki, bu günlərdə İnterpolun saytında Azərbaycan hüquq-mühafizə orqanlarının ölkədən qaçan sahibkar Fərid Quliyevi axtarması barədə məlumat yerləşdirilmişdi. Xəbərdə deyilirdi ki, biznesmen vergidən yayınmaqda ittiham olunur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button