Gündəm

Hesablama Palatası iki nazirliyi yoxladı

Hesablama Palatası iki nazirliyi yoxladı
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Virtuaaz.org Palatadan verilən məlumata istinadən bildirir ki, iclasda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Kollegiya iclasında, eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə audit proqramları təsdiq olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button