Gündəm

DYP-dən \”oyunlar zolağı\”yla bağlı \”belə etməyin, çəkirik\” açıqlaması – VİDEO

DYP-dən "oyunlar zolağı"yla bağlı "belə etməyin, çəkirik" açıqlaması - VİDEOMəlum olduğu kimi, mayın 29-dan etibarən Bakının bəzi küçə və prospektlərində Avropa Oyunları ilə bağlı çəkilmiş “Oyunlar zolağı”na daxil olan sürücülərə cərimə yazılır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində quraşdırılan kameralar şəhərin müvafiq nöqtələrində hərəkətə nəzarət edir və qayda pozanları cərimələyir. Zolağa daxil olan avtomobillərin nömrə nişanı qeydə alınır və sürücü barəsində elektron protokol tərtib olunaraq ünvana göndərilir.

Bəzi küçələrdə sürücülər məcbur qalıb həmin zolağa dazil olsalar da, bəzi yerlərdə qəsdən bu qaydanı pozanlara da rast gəlinir.

Savash.org avtosfer.az-a istinadən Bakı şəhər Dövlət Yol Polisi İdarəsində “Oyunlar zolağı”na daxil olan sürücülərin necə aşkarlandığını və hansı qaydada cərimələndiyini əks etdirən videonu təqdim edir. Məqsəd odur ki, bəzi sürücülər kameraların işləmədiyini və ya onları görmədiyini düşünməsin. Kameralar işləyir və hər kəsi görür. Hətta, 300 metr məsafədə qayda pozan avtomobillər də kameraların hədəfindən yayına bilmir.

Qeyd edək ki, zolağa daxil olmanın cəriməsi 40 manatdır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button