Gündəm

Azərbaycanlı rəqqasənin ölüm xəbəri yayıldı (FOTO)

Azərbaycanlı rəqqasənin ölüm xəbəri yayıldı (FOTO)Rəqqasə-müğənni Sevda Sanalıyevanın ölüm xəbəri yayıldı. ANS PRESS-in məlumatına görə, hamiləliyin sonuncu aylarını yaşayan sənətçi barədə xoşagəlməz xəbər sosial şəbəkədə paylaşılıb.

Sevda Sanalıyeva baş verənlərə elə sosial mediada reaksiya verib: \”Ay millət, niyə məni öldürürsüz? Ayıb deyil sizə? Günahdır! Mənə kim nə arzu edirsə, onlara da Allahdan onu arzu edirəm!\”

Sevda xanım bəd xəbərin yayılmasında mətbuatın əli olmadığını da vurğulayıb: \”Bu mətbuatın işi deyil. Sağ olsunlar, onlar nəsə yazmazdan əvvəl məni yığıb maraqlandılar və nə dedimsə onu qələmə aldılar. Bu şayiəni çıxardan adi insandır, kimdirsə Zaur və Günayın (ATV-nin aparıcıları) İnstaqram səhifəsində yazıblar və söhbət də şişirdilib. Allah bizim bizim mətbuat işçilərindən razı olsun, düz olanı işıqlandırdılar.\”

Baş verənlər sənətçiyə pis təsir edib: \”Dəhşətdir, araşdırmamış, dərinə getməmiş ölüm fərmanımı veriblər. Zənglər dayanmırdı, başa salmaqdan yoruldum. Özümü pis hiss eləməyə başladım deyə söndürdüm\”.

O, artıq bu barədə danışmaq istəmədiyini və bu xoşagəlməz şayiə ilə bağlı heç bir telekanalın dəvətini qəbul etmədiyini deyir: \”Əziz dostlarım, verilişlərə çıxmıram. Üzrlü sayın. Vaxtımı sakit, hüzurlu keçirmək istəyirəm. Hələki hər şeydən uzaq olmaq istəyirəm.\”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button