Gündəm

Qaradağda ilk dəfə səs verən gənclərlə görüş keçirilib – Fotolar

Qaradağda ilk dəfə səs verən gənclərlə görüş keçirilib - FotolarSavash.org xəbər verir ki, dekabrın 4-ü Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Bələdiyyə seçkilərində iştirak edəcək ilk dəfə səs verən gənclər ilə görüş keçirilib

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Araz Qədiməliyev, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin sədri Qəşəm Əhmədzadə, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov və gənclər iştirak edirdi.

Tədbirdə giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adında salamladı. Bildirdi ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da dərinləşdirilir. Hal-hazırda gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Qarşıdan gələn seçkilərdə cəmiyyətimiz aparıcı qüvvəsi olan gənclərinin iştirakının əhəmiyyətli olduğunu qeyd edərək hər bir kəsin seçki hüquqdan istifadə edərək öz seçimlərini etməlidir.

Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri təbrik etdi. Qeyd etdi ki, gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması onlara verilən yüksək dəyərin nümunəsidir.

Tədbirdə çıxış edən digər natiqlər bələdiyyə seçkilərinin tarixindən, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı danışdılar. Bildirildi ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunub. Qaradağ rayonunda ilk dəfə səs verən gənclərin sayı 976 nəfər, bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş gənclərin sayı isə 93 nəfərdir. Bu cür tədbirlərin keçirilməsi maarifləndirmə sahəsində böyük rol oynayır.

İlk dəfə səs verən gənclər adından çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Fatma Mustafayeva gəncləri seçkilərdə fəal olmağa səslədi.

Tədbirin sonun rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında, idman sahəsində fərqlənmiş seçkilərdə ilk dəfə səs verən gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Qaradağda ilk dəfə səs verən gənclərlə görüş keçirilib - Fotolar
Qaradağda ilk dəfə səs verən gənclərlə görüş keçirilib - Fotolar
Qaradağda ilk dəfə səs verən gənclərlə görüş keçirilib - Fotolar

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button