Gündəm

Belçika üsyankar diplomatımıza mühafizə ayırdı

Belçika üsyankar diplomatımıza mühafizə ayırdıAzərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Norveç dövlətindən siyasi sığınacaq istədiyi barədə məlumatları təkzib edib. AzPolitika.info-nun məlumatına görə, “Bunu görməyəcəksiniz!”, deyə diplomat sərt tonda bu informasiyaya reaksiya verib.

A.Məmmədov bildirib ki, bir neçə gün məzuniyyətdə olub, dünən Brüsselə qayıdıb. “Mən qayıdan kimi şoka düşdüm ki, Belçika XİN və Avropa İnstitutları artıq bu rəzalətdən (Azərbaycan XİN-ində onun Feysbuk statusunu bəyənən diplomatların cəzalandırılması nəzərdə tutulur-red) xəbərdardır. Mənə rəsmi müraciət olundu ki, mənə və ailəmə mühafizə ayrılsın. İmtina etdim. Lakin Belçika XİN israr edir.”

A.Məmmədov Feysbukda paşlaşdığı müraciətinin sonunda “zərərçəkmiş diplomatlara” xitabən yazır:
“Vicdanıma and içirəm ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə ən yüksək postları tutacaqsınız! Bunu çox gözləmək lazım gəlməyəcək!”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button