Gündəm

\”Əli Kərimlinin yanında kim varsa, gərək bir əlində aftafa olsun\” – AXCP-dən çıxarılan şöbə müdürü \”od püskürdü\”

"Əli Kərimlinin yanında kim varsa, gərək bir əlində aftafa olsun" - AXCP-dən çıxarılan şöbə müdürü "od püskürdü"AXCP-nin sabiq şöbə müdirindən partiya rəhbərliyinin ünvanına ağır ittihamlar; Ağaşirin Tanrıverdioğlu: “Əli Kərimli tutulan iş adamlarından qat-qat imkanlıdır”

Mayın 25-də AXCP sıralarından xaric edilən Nərimanov təşkilatının şöbə müdiri Ağaşirin Tanrıverdioğlu rəhbərliyin ünvanına növbəti dəfə ağır ittihamlar səsləndirdi. “Yeni Müsavat”a açıqlamasında sabiq şöbə müdiri iyunun 4-də AXCP-dən qovulan 3 gənc barəsində şok açıqlamalar verdi.

A.Tanrıverdioğlu ilk olaraq, gənclərin qovulması səbəblərindən danışdı: “Partiyada yenidən qopmalar olacaq. Bu qopmaların başında birbaşa Əli Kərimli durur. O, qurultayda istəyinə qarşı çıxacaq üzvlərin qovulması göstərişini verib. Mənə deyirlər ki, sən və gənclərin çıxarılmasından Əli bəyin xəbəri yoxdur. Onlara deyirəm ki, Əli Kərimlinin icazəsi olmadan partiyaya nə üzv qəbul edilir, nə də çıxarılır. Uzun illərdir, o, partiyanı öz mənafeyi naminə hər cür ”sınaq\”dan çıxarıb. O, yaxşı bilir ki, sədr olduğu 15 ildə partiyaya heç bir uğur gətirməyib. Onun uğuru AXCP daxilində qruplaşmaların yaranmasıdır. Rayonlara digər yerlərdən yaxın adamlarını sədr gətirir. Nərimanovda gedən proseslərə rəhbərliyi birbaşa Əli Kərimli edir. Mən çıxarılanda, şəxsən Gözəl Bayramlını onun özü göndərmişdi. Hamı yaxşı bildi ki, iclasa gələnlər partiya üzü görməyənlər idi. Çıxarılandan sonra demişdim ki, növbədə Dəyanət Babayev, Cavid Musazadə və Ehtiram Mehdiyev var. Dediklərim öz yerini tutdu. Dəyanəti çıxaran icraçı Məmməd İbrahim olub. Səbəb də Dəyanətin profilinin sındırılmasında cəbhəçilərin əlinin olmasıdır. Kim azad söz yazırsa, parolu oğurlanır. Məmməd İbrahimin parol sındırmaqda olan səriştəsinə bələdəm. Əli bəyin bu işlər üzrə “müşavir”i odur. Əli Kərimli AXCP-nin yox, bir qrup “zombi”nin kralıdır. Özü istədiyi qaydada partiyanı idarə edir. “Zombi”lər də ona saxta alqışlar edirlər. Çıxarılanları kimdənsə pul almaqda ittiham edirlər. Cavid Musazadə çox gözəl bilirdi ki, onu çıxaracaqlar. Dünən partiyaya gələnlər Əli Kərimliyə “zombi”lik edirlər. Əli bəyin daxili aləminə bələdəm. Onun yanında kim varsa, gərək bir əlində aftafa, bir əlində də məhrəba olsun. Mənə çox ləkə vurdular\”.

AXCP-nin sabiq şöbə müdiri rəhbərliyin ünvanına şok ittihamlar ünvanladı: “Uzun illərdir bunlarla yol gəldim. Fuad Qəhrəmanlı heç yerdə işləmir. Oliqarx olmasa da, bu səviyyədə imkanları var. Dəyanət Babayev isə müalicə olunmaq üçün pul tapmır. Amma Həsən Kərimov ildə 3-4 dəfə xaricə müalicə gedir. Bir qəpik də alası yeri yoxdur. Gözəl Bayramlı hətta təzyiqini ölçdürmək üçün Gürcüstana gedir. Bizlər isə dişlərimizi çəkdirə bilmirik. Məmməd İbrahim 500 manatlıq evdə üç oğlu ilə kirayə qalır. Heç yerdə işləmir. Oğlunun birini də Amerikaya göndərib. Nərimanov təşkilatının sədri Hacı Abbaslı 500 manatlıq kirayədə qalır, heç yerdə işləmədiyi halda. Bu şəxslərə sual verirəm. Bu pullar sizdə hardandır? Amma bizlər fəhləlik edib, pullar qazanırıq. Bu qədər pulların qarşısında dağ dözməz, amma sizlər necə dözürsünüz? Deməli, siz nə üzvlük haqqı, nə də ”Azadlıq\” qəzetinin gəliri ilə yaşayırsınız. Sizlər hakimiyyət dairələrindən bəhrələnirsiniz. Sanki Əli Kərimli onları faizə oturdub. Haradan tapırsınız tapın, mənə də verin, özünüzə də qalsın. Bu qaydada yaşayırlar.

\”Əli Kərimli bir qrup ”zombi\”nin kralıdır\”

Bir oliqarx ildə bir dəfə xaricə istirahətə gedir, Fuad Qəhrəmanlı da. Fərqi nədir? Həsən Kərimov üç dəfə, Gözəl Bayramlı bir dəfə gedir. Kasıb adamlar 300 manat kirayə haqqı verə bilmirlər, Məmməd İbrahim 500 manat verir. Bu pullar demokratiya adı altında, Azərbaycan demokratiyasının ən böyük diktatoru Əli Kərimlinin vasitəsilə tənzimlənir. Kim onun əleyhinə çıxırsa, çıxarılır. Məndən sonra çıxarılan üç gənc azad sözün qurbanı oldular. Əli bəy meydanda deyir ki, biz azadlıq uğrunda mübarizə aparırıq. O, azadlıq uğrunda mübarizənin necə olmasından kurs keçməlidir. Onda azadlıq hissi yoxdur\”.

A.Tanrıverdioğlu Fərhad Əliyevin Milli Şuraya yaxın olmasından da danışdı: “Fərhad Əliyev artıq Almaniyada vətəndaşlıq alıb. Aktiv siyasətə qayıdır. Onun buradakı düşərgə yeri Milli Şura olacaq. Cəmil Həsənli vaxtilə onun hüquqlarını qoruyub. Bunun iyini alan Əli Kərimli Cəmil bəyi uzaqlaşdırmaq istəyir. Çünki gələn qrantları təkbaşına almaq istəyir. Cəmil bəyə səslənirəm ki, ayıq ol, sənin postuna göz tikiblər. Partiyaya gələn ianələri öz şəxsi hesabına xərcləyib. Hazırda tutulan iş adamlarından Əli Kərimli qat-qat imkanlıdır. Hamını birliyə çağırıram. Diktator Əli Kərimlini bir olub xaric etmək lazımdır. AXCP-ni çiçəkləndirib, adımızı tarixə yazmalıyıq. Azad fikirli insanların artıq siyahıları hazırlanıb. Bir-bir partiyadan çıxaracaqlar. Məmməd İbrahim deyir ki, Sumqayıtda Cabbar Savalanlı və Elçin Həsənov çıxarılmalıdır. Əli bəy ”zombi\”lərinə bu qədər meydan verib. Parol sındırmaq yolları ilə üzvləri çıxarırlar. Haqq nazilər, amma üzülməz. Əli Kərimli bir zaman ayılacaq ki, yanında Fuad kimi 5-6 “zombi”si qalıb.

AXCP-dəki həbslər də qruplaşmaların işidir. Bir misal deyim. Hazırda həbsdə olan Asif Yusifli konfransa gedəndə Masallıda qarşısını kəsdilər, bərk döydülər və imkan vermədilər. Amma bu gün Fuad, Əbülfəz Qurbanlı və Rafiq Daşdəmirli orada sərbəst konfrans keçirib qayıdırlar. Hətta istirahət belə edirlər. AXCP-də Əbülfəz bir qrup gənci “zombi”ləşdirir. Əksəriyyəti fərarilərdir. Əbülfəz deyir ki, hərbiyə boyum çatmır. Dəyanət 11 dəfə həbs olunub, 2 il yarım şərti cəza alıb. Əgər həbsdə olsaydı, Əli Kərimlinin qəhrəmanı olacaqdı. Amma bu gün düşmənidir. Xarici təşkilatların tədbirlərində iştirak etməyə Dəyanətə imkan vermirlər. Ancaq fərarilər iştirak edə bilərlər. Qardaşımı mənə görə polisdən çıxardılar. Fuadın qardaşı isə bank sektorlarında işləyir. Cəbhəçi olduğum üçün fəhləlik işi tapa bilmirəm. Məmməd İbrahim şəhərin mərkəzində mağaza işlədir.

Bunlar adlarını müxalifət qoyub, iqtidarla işbirliyinə getməkdə səriştəlidilər. “Azadlıq” qəzetində 8 nəfər işləyir. 5 min tirajla çıxır. Gələn pullar hara gedir? Gündə bir rayonu gəzirlər. Əli Kərimli ətrafındakı insanları zərrə qədər düşünmür. İcazəsiz mitinqlərdə qohumları belə çıxmır. Bir qohumu var idi, onu da Fransaya göndərdi. Qohumları belə, onun hakimiyyətə gəlməsinə inanmırlar. Doğulduğu kənddən bir dəstəyi belə yoxdur. Qardaşı bilmir ki, meydana yol haradan gedir. Qohumların arxanca gəlmirsə, demək, nəsildə hörmətin yoxdur. Oğlu Londonda oxuyur. Valideynlər övladlarını burada oxuda bilmirlər. Amma Əlinin oğlu Londonda villada yaşayır. Bu pulların hamısı AXCP-nin kasıb üzvlərinin hesabınadır. Demokratik hakimiyyət qurulsa, Əli Kərimliyə yalnız maklerlik yaraşır. Sənəti budur. Azərbaycana vətən kimi baxmır. 15 ilin 10 ilini hakimiyyətlə əlaqədə olub\”.

Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button