Gündəm

Metro 17 gün pulsuz olacaq – RƏSMİ QƏRAR

Metro 17 gün pulsuz olacaq - RƏSMİ QƏRARBakı Metropolitenindən xoş xəbər.

Metropolietnin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiiy məlumata görə, son qərara əsasən Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

I Avropa oyunlarının açılışı iyun ayının 12-də olacaq. Oyunlar 28 iyuna kimi davam edəcək.

Bakı-2015-də 20 idman növü üzrə 6 min idmançı mübarizə aparacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button