Gündəm

Azərbaycanda məşhur kanalların yayımı niyə dayandırılır?

Azərbaycanda məşhur kanalların yayımı niyə dayandırılır?Müzəffər Baxış: “Kabel televiziyaları müqavilədə göstərilən kanalın yerinə başqa kanalı nümayiş etdirə bilməz”

Ələsgərli Məmmədli: “Kanalların yayımının dayandırlması hökümət tərəfindən həyata keçirilibsə, bu biabırçılıqdır”

Artıq bir neçə vaxtdır ki, Azərbaycanda böyük nüfuza malik olan Türkiyənin “Kanal D” televiziya kanalının yayımı dayandırılıb.

Məlumata görə, kabel televiziyaları tərəfindən açıqlama verilərək bildirilib ki, adı çəkilən kanalın yayımının dayandırlıması şirkətlərin öz qərarı deyil. Belə ki, kanalın yayımının dayandırlması ilə bağlı şirkətlərə xüsusi göstəriş verilib və bütün ölkə ərazisində artıq “Kanal D” nin nümayişi qadağan olunub. Onun əvəzinə isə “TV 2” kanalı yayımlanır.
Yayımı dayandırlan təkcə “Kanal D” deyil. Belə ki, “ATV Plus” kabel televiziyası özünün Facebook hesabında “CNN Türk”, “Kanal D” və “Samanyolu Haber” kanallarının artıq yayımını dayandırllması barədə məlumat yayıb.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov qafqazinfo-ya bu barədə danışaraq bildirib ki, adıçəkilən kanallar \”Azərspace\” peykində test üsulu ilə yayımlanırdı və bu proses artıq başa çatdığından həmin kanalların yenidən yayımının davam etdirilməsi üçün \”Azərkosmos\”la müqavilə bağlamalıdırlar. Hansı kanal ki, müqavilə bağlayıb onların yayımı davam etdiriləcək, lakin müqavilə bağlamayanlar isə yayımdan çıxarılır. Açıqlamda o da qeyd edilib ki, Rusiyanın və Türkiyənin bir neçə kanalı müqavilə bağlamayıb.

Bəzi ekspertlər isə bu məsəldə tutarlı bir səbəb kimi \”Doğan Holdinq\” \”Hürriyet\”, \”Posta\”, \”Radikal\” və \”Fanatik\” qəzetləri, \”Kanal D\”, \”CNN Türk\”, \”Dream TV\”, \”Slow Türk\”, \”Radio D\”ni özündə birləşdirən holdinqin rəhbəri Aydın Doğanın Azərbaycana qarşı olmasını göstərirlər. Bildirlir ki, hədəfin kökündə “Doğan Media Qrupu”na daxil olan “Hüriyyət” qəzetində jurnalist Xədicə Ismayıllı bağlı yazının dərc olunması durur.
Burdan da belə aydın olur ki, hakimiyyət dünya üzrə tanınmış media strukturlarını qəsdən hədəfə alıb.

Qeyd edək ki, Azərbaycanda bu kanalların izləyiciləri kifayət qədər çoxdur. Buna görə də adı çəkilən kanalların xəbərdarlıq edilmədən yayımlarının dayandırlması ciddi narazılığa səbəb olub. Kabel televiziyalarının abonentləri izlədikləri kanallara görə ödəniş etdiklərini, lakin qəfildən izlədikləri televiziya kanallarının, xüsusilə də “Kanal D”-nin yayımını dayandırlımasını, əvəzində isə başqa bir kanalın daxil edilməsindən şikayətlənirlər.
Abonentə xəbərdarlıq etmədən kanalların yayımının dayandırlması nə dərəcə qanun pozuntusu hesab edilir?

Hüquqşünas Müzəffər Baxış bu barədə “Yeni Müsavat”a danışaraq bildirdi ki, kabel televiziyaları müqavilədə göstərilən kanalın yerinə başqa kanalı nümayiş etdirə bilməz:
“Azərbaycanda kabel televiziyaları açıq-aşkar özbaşınalıq nümayiş etdirirlər.Unutmaq olmaz ki, əgər bu servis, xidmətdirsə deməli müqavilə ilə tənzimlənməlidir. Müqavilədə göstərilməlidir ki, abonent hansı televiziya kanalına baxacaq və buna görə nə qədər ödəniş edəcək. Kabel televiziyaları müqavilədə göstərilən kanalın yerinə başqa kanalı nümayiş etdirə bilməz. Belə olan halda kabel televiziyası abonenetləri qarşısında öz öhdəliyini yerinə yetirmir və qanunları pozmuş olur”.

Hüquqşünas bəzi kabel televiziyalarının qanundan kənar fəaliyyət göstərdiyini deyib:
“Hər kəsə məlumdur ki, kabel televiziyaları lisenziya aldıqdan sonra heç bir qanuna riayət etmək istəmirlər. Onlarin işi-gücü yalnız abonentlərdən pul yığmaqdan ibarətdir. Əslində onların gördükləri xidmətin dəyəri çox cüzidir. Yəni, kabel çəkilişi xərcindən başqa infrastruktur xərcləri demək olar ki, yoxdur. Buna baxmayaraq, kabel televiziyaları həmişə abonetlərə qarşı qanunsuz hərəktlərini davam etdirirlər.

Bundan öncə də NTV kanalı paketdən çıxarılmışdı. Hesab edirəm ki, Tele-radio Yayım Şurası bu məsələyə ciddi yanaşaraq kabel televiziyalarına xəbərdarlıq etməlidir. Müqavilədə 60 adda televiziya kanal varsa, deməli, bu kanalların hər biri yayımlanmalıdır. Qarşı tərəfin razılığı olmadan heç bir kanal paketdən çıxarıla bilməz.

Abonenetlər bununla bağlı kabel televiziyalarına qarşı məhkəmə iddiası qaldıra və yaxud da Televiziya-radio Şurasına öz şikayətlərini edə bilərlər”.

Media eksperti Ələsgərli Məmmədli isə kanalların yayımının məhz hakimiyyətin göstərişi ilə dayandırlması iddiasının doğru olmadığını deyib:
“Bu ehtimalın olması gülüş doğurur. Bu şayiədən başqa bir şey deyil.
Son zamanlar Azərbaycan və Avropa Oyunları ilə əlaqədar olaraq anti-Azərbacan səciyyəli yazılarını çoxaldığının şahidiyik. Belə çıxır ki, bütün çıxışlar bağlanacaq? Bu çıxış yolu deyil. Əgər belə bir olay baş veribsə, deməli, bu biabırçılıqdır.

Lakin düşünmürəm ki, məhkəmə qərarı olmadan hökümət hansısa kanalın yaımlanmasını dayandırsın. Çünki, bunun hüquqi tərəfləri də var. Bu mümkün deyil, bu qərarı nə yayım şuras, nə də dövlət verə bilməz. Yalnız məhkəmə qərarı olduqdan sonra hanısa kanalın ölkəmizə çıxışı yasaqlana bilər. Lisenziya ilə fəaliyyət göstərilsəydi və bu lisenziyanın vaxtı bitərdisə yayımın dayandırlması mümkün olardı. Lakin bildiyiniz kimi, həmin kanallar birbaşa peyk ilə yayımlandığından lisensiyanı öz ölklərində alırlar.
“Kanal D” də fəzada olan kanaldır və peyklə yayılır. Buna görə də hesab etmirəm ki, bu hökümət tərəfindən ləğv edilsin”.

Xatırladaq ki, bundan öncə bütün dünyada məşhur olan “BBC” televiziya kanalının Azərbaycanda yayımı dayandırılmışdı. Yayılan məlumatlar görə buna səbəb kanalın Azərbaycanla bağlı tənqidi materiallara yer verməsi olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button