Gündəm

Oyunlara hansı prezidentlər gəlir? – Siyahı

Oyunlara hansı prezidentlər gəlir? – SiyahıBu gün I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək prezidentlərin bir hissəsi Bakıya gəlib.

Serbiya Prezidenti Tomislav Nikoliç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Lüksemburqun Böyük Hersoqu Anri iyunun 11-də Azərbaycana gəlib.

Belarus Prezidenti Aleksandr Lukaşenko də artıq ölkəmizdədir. Açılış tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin də iştirak edəcək. Onların arasında “erməni soyqırımı” və Suriya müharibəsi ilə bağlı müzakirələr olacağı da xəbər verilir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 40-a yaxın prezident və hökumət başçısının açılış tədbirində iştirak edəcəyini açıqlayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button