Gündəm

Bakıda müəllimlərin maaşı nə qədər olacaq? – Açıqlama

Azərbaycan təhsil sistemində 255 min nəfər çalışır.

Savash.org xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

O bildirib ki, bu əməkdaşların hamısı təhsilverən deyil:

“Onların bəziləri idarəedici heyətdir, bəziləri isə texniki və digər sahələrdə işləyirlər.

Diqqət yetirsək, görərik ki,m müəllimlərimiz iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrimizdə təxminən 150 minə yaxın müəllim çalışır. Bunların təxminən 82 faizi ali təhsillidir.

Bu gün onların orta aylıq vəzifə maaşları 564 manatdır. Bu maaş müəllimlərin pedaqoji stajlarından asılı olaraq dəyişir. Üç ildən 18 ilədək fərqli staj məbləğləri mövcuddur.

Artımla müəllimlərin orta aylıq maaşı təxminən 674 manat təşkil edəcək. Bu, bir stavka – 18 saat dərs yükü üçün nəzərdə tutulmuş maaşdır. Bakıda bu dərs yükü təxminən 22 saatdır, onda ali təhslilli müəllimlərimizin orta aylıq maaşı təxminən 823 manat təşkil edəcək”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button