Gündəm

İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verdi

İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verdi“Bu xəbər məni olduqca kədərləndirdi”.

Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Georgi Marqvelaşviliyə başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button