Gündəm

“Tekfen İnşaat”: TANAP-da ilk boru avqustda qaynaq ediləcək

“Tekfen İnşaat”: TANAP-da ilk boru avqustda qaynaq ediləcək

Türkiyənin “Tekfen İnşaat” şirkətinin (səhmlərinin yarıdan çoxu SOCAR-a məxsusdur) baş icraçı direktoru LeventKafkaslı TANAP qaz kəmərinin inşası üçün boruların hazırlandığını və ilk qaynaq işlərinin avqust ayında olacağını bildirib.

Virtualaz.org saytı bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir. Bülent Kafkaslı deyib ki, “Tekfen İnşaat” Bakıda Olimpiya stadionunun tikintisini cəmi 24 aya başa çatdırıb, ortaya çıxan əsərlə qürur duyduqlarını bildirib. O, deyib ki, Avropa Oyunlarının davam etməsinə baxmayaraq şirkət TANAP kəmərinin tikintisinə dair intensiv işləyir. Kafkaslı “Şahdəniz” yatağından hasil olunan qazın sahilə çıxarıldığı ilk nöqtədəki platformanı da “Tekfen”in inşa etdiyini deyib. “TANAP layihəsi bütün sürəti ilə davam edir. Komandamız sahəyə çıxıb, borularımız artıq inşaat sahəsindədir. Planlaşdırırıq ki, avqust ayında ilk boru qaynaq işlərinə başlayaq. “Şahdəniz” layihəsinin hər mərhələsində “Tekfen” olaraq iştirak etməkdən, Azərbaycandakı ortaq şirkətimiz “Tekfen-Azfen”lə birlikdə çalışmaqdan qürur duyuruq. Biz 1997-ci ildən Azərbaycanda neft-qaz layihələrinə dəstək veririk. Bundan sonrakı layihələrə də eynilə TANAP kimi sürətlə davam etmək istəyirik”-Kafkaslı bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button