Gündəm

Rəsmi məzənnə açıqlandı – dollar yenə ucuzlaşdı

Rəsmi məzənnə açıqlandı - dollar yenə ucuzlaşdıAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb. Belə ki, ötən gün 1,0479 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1.0477-ə düşüb.

Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1801- manatdan 1.1818 AZN-ə qədər artıb.

Rusiya rublunun kursunda isə bahalaşma qeydə alınıb. Rubl 0.0191 AZN-dən 0.0192 manata kimi bahalaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button