Gündəm
Kürd silahlıları Suriyadakı türkmənləri evlərindən qovur
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Tel-Abyad bölgəsini bombalayandan sonra 5 min 291 suriyalı Türkiyəyə sığınıb.
\”Report\” xəbər verir ki, bu haqda \”Anadolu\” agentliyi məlumat yayıb. Məlumata görə, qaçqınların 1591-i kişi, 1413-ü qadın, iki min 287-si isə uşaqdır. Xəbərdə bildirilib ki, ötən gün isə 291 nəfər İraqdan keçərək Türkiyəyə sığınıb.
Məlumata əsasən, koalisiya qüvvələrinin bombardmanından sonra Suriyada ərazilərə nəzarəti ələ keçirən kürd silahlıları etnik təmizləmə aparır. Onlar türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər.
Son iki gündə kürd silahlılarının zülmündən isə Suriyadan on minə yaxın türkmən Akçakala sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçməyə məcbur olub.