Gündəm

Təcili: Prokuror Xədicə İsmayıla 3 ay həbs istədi – (Yenilənib)

Təcili: Prokuror Xədicə İsmayıla 3 ay həbs istədi - (Yenilənib)

Prokuror 3 ay həbs istəyib. Bir azdan qərar açıqlanacaq. Bu haqda \”Azadlıq\” radiosuna vəkil Elton Quliyev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə heyəti müşavirəyə gedib.

* * *15:19

“Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb.

Məlumatda deyilir ki, təqdimata Sabayel Rayon Məhkəməsində baxılacaq. Artıq Xədicə İsmayıl məhkəməyə aparılıb.

Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir.

Xədicə İsmayıl ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.

Bu il fevralın 17-də Xədicə İsmayıl facebook şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir.

Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button