Gündəm

Xədicə İsmayılın həbsindən görüntülər (VİDEO)

Xədicə İsmayılın həbsindən görüntülər (VİDEO)
“Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayıl bu gün həbs olunub.

ANS TV-nin məlumatına görə, Bakı şəhər Prokurorluğuna çağırılan Xədicə İsmayıl iş yoldaşı olan jurnalist Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib. 30 yaşlı Tural Mustafayev intihar etmək məqsədi ilə bu ilin oktyabrında siçan dərmanı içmişdi və ağır durumdan onu həkimlər xilas etmişdilər.

Xədicə İsmayıl ittihamı dinləyəndən sonra Səbail Rayon Məhkəməsinə aparılıb. Prokurorluq Xədicə İsmayılı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmək barəsində həbs qətimkan tədbirinin seçilməsilə bağlı məhkəməyə təqdimat verib. Məhkəmə isə onu iki ay müddətinə həbs edib.

Məhkəmədən çıxarılarkən onun vəkili Elton Quliyev isə deyib ki, Xədicə öldürmə həddinə çatdırmada təqsirli bilinir. Təfərrüatlarla bağlı Respublika Baş prokurorluğunun açıqlamsı olacaq.

https://www.youtube.com/watch?v=Cld_qcMre-w

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button