Gündəm

\”Bakı-2015\”: Bağlanış mərasimi haqda məlumatlar gizli saxlanılır

"Bakı-2015": Bağlanış mərasimi haqda məlumatlar gizli saxlanılırBakıda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi açılışdan fərqli olacaq.

Bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən ənənəvi mətbuat konfransında deyib.

\”Ənənəvi olaraq bağlanış mərasimi açılışdan fərqli olacaq. Burada idmançılar təntənəli surətdə bağlanışı həyata keçirəcəklər. Bu tədbir, müəyyən qədər karnavala da bənzəyəcək. Amma mərasim haqqında məlumatlar məxfi saxlanıldığından mən daha ətraflı heç nə deyə bilmərəm\”, – deyə Saymon Kleq əlavə edib.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olub. Bağlanış isə iyunun 28-də keçiriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button