Gündəm

Qaradağda əsgərlərlə görüş keçirilib – Foto

Qaradağda əsgərlərlə görüş keçirilib - Fotoİyunun 24-də Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hospitalda Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə zabit və əsgərlər ilə görüş keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, zabitlər, hərbi hospitalın həkimləri, əsgərlər iştirak edirdilər.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova ilk öncə hər kəsi rayon rəhbərliyinin adından salamlayaraq bütün zabit və əsgər heyətini Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik etdi. Ölkəmizin hərb tarixindən danışaraq qeyd etdi ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gun də yaşamaqdadır. Ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun yüksək peşəkarlıqla həyata keçirilməsi idi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu fəxri fərmanla təltif olundular.

Daha sonra tədbir rayonun mədəniyyət evlərinin musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.

Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən hər bir əsgərə bayram sovqatı təqdim olundu.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button