Gündəm

\”Məmurların məndən zəhləsi gedir\” – Aytən Səfərova

"Məmurların məndən zəhləsi gedir" - Aytən Səfərova“Nə etməli?! Adi “rakkadaçika” aparıcı olmaq, yoxsa nə?!”

Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər.

Bu sözləri ANS TV-nin aparıcısı Aytən Səfərova öz facebook səhifəsində yazıb.

Aparıcı bəzi məmurlardan gileylənib:

“Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab Prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər. Bu səbəbdən, 20 il Vətəninə canla-başla xidmət edən bir jurnalist olaraq nə bu il iyulun 22-də (Milli Mətbuat Günü – red.) ad alacağam (ortada yeyib, qıraqda gəzənlərdən, şüvən qoparanlardan fərqli olaraq), nə də gələn il mənzil üçün ümid edə bilərəm.

Mən buna inanmaq istəmirəm, amma reallıq tamam başqa şeydən xəbər verir. Nə etməli?! Adi “rakkadaçika” aparıcı olmaq, yoxsa nə?! Bəlkə siz bir çıxış yolu mənə dediniz (hər halda ağıl ağıldan üstündür)”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button