Gündəm

Oyunlar zolağının aqibəti necə olsun?

Oyunlar zolağının aqibəti necə olsun?İdman tarixində qızıl hərflərlə yazılmış İlk Avropa Oyunları artıq başa çatdı. İndi geridə qalmış günləri dəyərləndirməyin vaxtıdır. məsələn, Oyunlar zolağının aqibəti necə olacaq? Əməkdaşlarımız bu məsələyə vətəndaşların mövqeyini öyrənməyə çalışıblar.

Vətəndaşlar son bir ayda paytaxtda nəqliyyatın hərəkətində olan rahatlığı bir sıra amillərlə izah edirlər. Onların fikrincə, son hadisələr göstərdi ki, sən demə intizamlı olmaq mümkündür və şəhərdə tıxacların yaranmasına elə məhz intizamsızlıq səbəb olub. Üstəlik, Avropa Oyunları günlərində nəqliyyatın işinin düzgün qurulması da vəziyyəti xeyli yüngülləşdirdi.

Bir çox vətəndaşlar Sumqayıt və region qeydiyyatında olan avtomobillərin və yük maşınlarının paytaxta girişinə qoyulmuş məhdudiyyətlərin, həmçinin parklanma ilə bağlı mövcud olan qadağaların qüvvədə saxlanılmasını, eyni zamanda dükanlara malların paylanılmasının gecələr həyata keçirilməsinin bundan sonra da davam etdirilməsini istəyirlər

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button