Gündəm

Əziz Musaoğlu şagird zorlamağı haqda xəbərə münasibət bildirdi — AÇIQLAMA

Əziz Musaoğlu şagird zorlamağı haqda xəbərə münasibət bildirdi — AÇIQLAMASon günlər müğənni Mətanət Əsədovanı efirdə təhqir etməsi ilə gündəmə gələn Əziz Musaoğlu Cəbrayil rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanın onun barəsində səsləndirdiyi ittihamlara cavab verib.

Ə.Musaoğlu Ölkə.az-a bildirib ki, heç vaxt Biləsuvarda yerləşən Cəbrayıl məktəbində müəllimlik etməyib:

\”Mən nə o məktəbdə işləməmişəm, nə kimisə təhqir etməmişəm, nə də zorlamamışam. O sözlər hamısı yalandır\”.

Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənova aznews.az-a açıqlamasında bunları demişdi:

\”Bəli, o, üç il öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işləyirdi və sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovuldu. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı”.

Saytda həmçinin qeyd olunurdu ki, o, bir neçə il öncə Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub. İddia edilir ki, Ə.Musaoğlu öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button