Gündəm

Çuvaşiya Respublikasından gələn qonaqlar Biləsuvar rayonunda səfərdə olub

Çuvaşiya Respublikasından gələn qonaqlar Biləsuvar rayonunda səfərdə olub10-11 İyul 2015-ci il tarixlərdə Çuvaşiya Respublikasında fəaliyyət göstərən “Suvar” Çuvaş Gənclər İttifaqı” ictimai birliyinin 30 nəfərlik heyəti Biləsuvar rayonunda səfərdə oldular.
Qonaqlar Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Qonaqları salamlayan X.Məmmədov onlara Biləsuvar rayonu haqqında ətraflı məlumat verdikdən sonra amalı türk xalqları arasında həmrəylik və əməkdaşlıq əlaqələrinin yaradılması və gücləndirilməsi, onlara mənəvi kömək göstərilməsi, ümumtürk mədəniyyətini dirçəltmək və tanıtmaqdan ibarət olan “Suvar” Çuvaş Gənclər İttifaqı” və “Dünya Türk Gəncləri Birliyi” İctimai birliklərinin rəhbərlərinə öz minnətdarlığını bildirdi.
2 gün müddətində qonaqlar rayonun qədim tarixi-mədəniyyət abidələrinə baxış keçirdilər, Bolqar çayının rayon ərazisindən keçən hissəsini gəzdilər.11 iyulda Heydər Əliyev və Tarix-Diyarşünaslıq Muzeylərinə baxdıqdan sonra qonaqlar, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdilər və parkın ərazisində xatirə olaraq rəmzi “Suvar” ağacını torpağa basdırdılar.
“Dünya Türk Gəncləri Birliyi” İctimai birliyinin təşkilatçılığı ilə reallaşan görüşün məqsədi qədim Türk dövlətlərinin tarixi coğrafiyası boyunca səfərlər edərək, eyni kökdən gələn xalqların tarixi və mədəniyyətini, onların yaşam tərzini öyrənərək təbliğ etməkdir.
Heydər Əliyev parkında keçirilən vida mərasimində qonaqlar rayonun bir qrup nümayəndələrini Çuvaşiya Respublikasına səfərə dəvət etdilər və Çeboksar şəhəri ilə Biləsuvar şəhərinin bundan sonra daha sıx əlaqələr quracaqlarını bildirdilər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button