Gündəm

Qaradağ İcra Hakimiyyəti: «Yazılanlar həqiqətdən uzaqdır»

Qaradağ İcra Hakimiyyəti: «Yazılanlar həqiqətdən uzaqdır»Qaradağ rayon İcra Hakimiyyəti 08.07.2015 tarixdə saytımızda dərc olunan «Qaradağ icra başçısı haqqında şok iddia», adlı yazı ilə bağlı elektron ünvanımıza təkzib məktubu yollayıb.

Təkzib məktubunda göstərilir ki, yuxarıda adı keçən yazı həqiqəti əks etdirmir:

«Azərbaycan olduqca mühüm bir hadisəyə çevrilən I Avropa Oyunları artıq uğurla və böyük başarı ilə sona çatıb. Beynəlxalq miqyaslı bu böyük hadisəni minlərlə jurnalist işıqlandırıb. Çox təəssüüflə qeyd etməliyik ki, bəzən mətbu orqanlarımızda həqiqəti əks etdirməyən məlumatla rda dərc olunur. Belə məlumatlardan biri də məhz JAM.AZ saytında dərc olunan «Qaradağ icra başçısı haqqında şok iddia», adlı yazıdır. Hörmətli JAM.AZ saytının nəzərinə çatdırmaq istəyirik ki, həmin məlumatlar həqiqəti əks etdirmir və müəyyən məqsədli insanların cəymiyyəti yanlış məlumatlandırmaq üçün mətbuata ünvanladığı yalan və şər toplusundan ibarətdir. Qeyd edək ki, Azərbaycan boksçuları I Avropa Oyunlarında doğurdan böyük uğura imza ataraq komanda hesabı ilə böyük idman festivalının birinci pilləsinə yüksəlməyi başarıblar. Ölkəmizə ən çox medal qazanan da məhz boksçularımız olub. Hesab edirik ki, bu tipli məlumatların mətbuatda yer alması Azərbaycan boksçularının böyük fədakarlıqlarına və qələbəsinə kölgə salır. Eyni zamanda bu boksçularımızın uğurunda böyük xidmətləri olan Azərbaycan Boks Federasiyasının əməyinin yerə vurulmasıdır.

Biz öz adamızdan JAM.AZ saytını I Avropa Oyunları kimi möhtəşəm və bir beynəlxalq tədbiri və bu tədbirin ən yüksək səviyyədə keçirilməsində xidmətləri olan insanları qaralamaq istəyən bəzi məqsədli insanların platformasına çevirmək cəhdlərindən təssüf hissi keçirdiyimizi bildiririk. Arzu edirik ki, bundan sonrakı fəaliyyətində sayt bu tipli məqsədli yazıların dərcinə imkan verməyəcək. Biz bir daha tam məsuliyyəti ilə bildiririk ki, məqsədli insanların saytınıza ötürdüyü məlumat həqiqəti əks etdirmir və bizim möqeyimizi olduğu kimi dərc etməynizi xahiş edirik».

Qeyd edək ki, JAM.AZ saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, doğurdan da saytımızda dərc olunan məlumatda qeyri-dəqiqliyə yol verilib. Bu üzdən baş vermiş anlaşılmamazlıqdan üzgünlüyümüzü bildirik.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button