Gündəm

Keçmiş “Xəzər Xəbər”çi “Biznesmen” oldu – Fotolar

Keçmiş “Xəzər Xəbər”çi “Biznesmen” oldu – Fotolar
Tanınmış teleaparıcı, Xəzər Tv-in keçmiş əməkdaşı Anar Nəcəfli özünü aktyor kimi sınamaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı o özü Feysbukdakı şəxsi hesabında paylaşıb.

Anar Nəcəfli film haqda bunları deyib: “Ötən gün dramaturq Ramiz Abdullayevin \”Biznesmen\” əsəri əsasında, baş rolda oynadığım eyniadlı filmin çəkilişlərinə başladıq. Filmdə tanınmış aktyor və aktrisalarımız, müğənni və aparıcılarımız rol alıb. Filmin rejissoru Nail Naiboğludur. Qeyd edim ki, bu, həm mənim üçün, həm də Nail Naiboğlu üçün debütdür. Mənim aktyor kimi, Nail Naiboğlunun isə kino rejissor kimi ilk işimizdir. Çalışacağıq ki, yaxşı alınsın. Necə deyərlər, bizə uğurlar!”

Qeyd edək ki, bir sıra müğənni, aparıcılarla yanaşı filmdə Xalq artisti Arif Quliyev də rol alıb.
Keçmiş “Xəzər Xəbər”çi “Biznesmen” oldu – Fotolar

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button