Gündəm

Həbsdən çıxan iş adamı Beynəlxalq Banka 9 milyon ödədi

Həbsdən çıxan iş adamı Beynəlxalq Banka 9 milyon ödədiBir müddət əvvəl həbs edilən iş adamı, “AzMeKo” şirkətinin rəhbəri Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankına olan kredit borcuna görə 9 milyon manat ödəyib.

Bu barədə azvision.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, zavodun qısa fəaliyyəti dövründə “AzMeKo” tərəfindən 193,231 ton məhsul istehsal edilib və 191,463 ton metanolun satışı həyata keçirilib.

Bu satışdan daxil olan ümumi vəsaitdən maya dəyəri, əməliyyat və kommersiya xərcləri çıxıldıqdan sonra qalan 9 milyon AZN vəsaiti \”AzMeKo\” şirkəti tam olaraq Azərbaycan Beynəlxalq Bankından alınan kreditlərin bağlanılmasına yönəldib.

Məlumatda o da qeyd olunur ki, \”AzMeKo\” şirkəti öz fəaliyyəti dövründə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fonduna 75 milyon ABŞ dolları məbləğində vergi və rüsumlar ödəyib. Həmçinin, zavodun nəzərdə tutulan 20-illik fəaliyyəti dövründə mənfəət vergisindən əlavə olaraq ortalama illik vergi xərcləri 14 milyon AZN təşkil edəcək.

Xatırladaqki, bir müddət öncə N. Piriyev Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərini gecikdirdiyi üçün həbs edilmişdi. Daha sonra sərbəst buraxılan iş adamı mətbuata açıqlamasında kredit borclarının yarı hissəsini ödədiyi üçün azadlığa buraxıldığını söyləmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button