Gündəm

AXCP-nin xanım fəalı facebook-dakı statusuna görə polisə aparıldı

AXCP-nin xanım fəalı facebook-dakı statusuna görə polisə aparıldıAXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Nuranə Süleymanzadə iyulun 30-da Suraxanı Rayon Polis İdarəsinə çağırılıb və ona facebookda tənqidi statusuna görə şifahi xəbərdarlıq edilib.

Bu barədə “Turan”a N.Süleymanzadə özü məlumat verib.

“Məni Suraxanı Rayon Polis İdarəsi rəisinin müavini qəbul etdi və Qənimət Zahid, Emin Milli və Natiq Adilovla bağlı yazdığım tənqidi statusa görə şifahi xəbərdarlıq etdi. O, bir daha belə statuslar yazmamağı tövsiyə etdi və sonra polis idarəsindən azad buraxıldım” – deyə Nuranə Süleymanzadə bildirib.

Xatırladaq ki, iyulun 29-da axşam saat 21 radələrində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları AXCP fəalının yaşadığı evə gəlib.

“Gəlişlərinin səbəbi siyasi mövqeyimə görə narahat olmaları və əsasən də Emin Milli barəsində dünən axşam yazdığım statusla bağlı idi. Atama çox şey deməyiblər, sadəcə yazdığım statusa görə məni axtardıqlarını bildiriblər” – deyə Süleymanzadə öz facebook statusunda yazıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button