Gündəm
Ərdoğan Krım türklərinə görə Rusiyaya sərt cavab verdi
Türkiyə heç bir zaman Krımın Rusiyaya birləşməsini tanımayacaq. Axar.az xəbər verir ki, bunu Ümumdünya Krım Tatarları Konqresinə müraciətində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan söyləyib. Onun sözlərinə görə, tarix boyunca Krım tatarları deportasiya və represiyalara məruz qalıblar. “Krım tatarlarının əsas uğuru onların öz birliklərini saxlamalarıdır. Türkiyə bundan sonra da Krım tatarlarına dəstək olacaq”.
Loading...