Gündəm

Hüquq müdafiəçisi ilə Ramil Usubov arasında anbar söhbəti

Hüquq müdafiəçisi ilə Ramil Usubov arasında anbar söhbəti“Bəzi bölmə rəisləri həmin yerləri anbara çeviriblər”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.

Savash.org xəbər verir ki, bu barədə AzVision.az-a E.Behbudov özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə nazirlə insan hüquqları və azadlıqları ilə bağlı müzakirə aparılıb.

“Müavinim Elçin Şirinovla birlikdə keçirdiyimiz monitorinqlərin nəticələrini cənab nazirə çatdırdıq. Görüşdə nazirin diqqətinə çatdırdım ki, Bakıdakı polis bölmələrində 3 saata qədər saxlanma yerləri olmalıdır. Bəzi bölmə rəisləri həmin yerləri ləğv edib və anbara çeviriblər.

Nazir isə öz sərt göstərişlərini verdi və dedi ki, bu problem dərhal aradan qaldırılacaq. O, bizim apardığımız monitorinqlərin nəticələrindən razı qaldığını da bildirdi. Ramil Usubov çox peşəkar nazirdir və öz işini hər kəsdən yaxşı bilir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button