Gündəm

Hamıya olar, icra başçısının oğluna yox? – Ov qalmaqalına sözardı

Hamıya olar, icra başçısının oğluna yox? – Ov qalmaqalına sözardı
Peşəsindən, ixtisasından və vəzifəsindən asılı olmayaraq istənilən halda sui-istifadə cəhdləri və qarayaxma kənardan çox eybəcər görünür. Kimisə məqsədli şəkildə qaralamaq, olmayan bir şeydən “şok olay” düzəltmək və bununla da hansısa maraqların təmin olunmasına çalışmaq yolverilməzdir. Təəsüflər olsun ki, bu kimi hallarla müntəzəm olaraq qarşılaşır, bəzisinə əl yelləyib üzərindən keçir, bəzilərini isə yalnız gülümsəməklə yola veririk. Amma deyəsən, belə olmayacaq, bu gülüş doğuran ittihamlar cavablandırılmadıqca, bu qara-qışqırıq makinası susdurulmadıqca vəziyyət daha tragikomik hal alır. Elə bu günlərdə sosial mediada yayılmış bir “informasiya” da bunun təsdiqidir.
Söhbət Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimovun övladıyla bağlı yazılanlardan gedir. Həmin məlumatlarda və qarşısına iri hərflərlə “şok” yazılan fotolarda Akif Səlimovun oğlu Sənan Səlimovun ov etməsindən bəhs olunur. Adamı təəccübləndirən isə təkcə şərin və böhtanın miqyası deyil, həm də məsələyə primitiv və savadsız yanaşmanın dözülməzliyidir.
Cənablar, gəlin aydınlaşdırmağa çalışaq: Nə baş verib ki, səs-səsə vermisiniz? Baş verən hadisə bundan ibarətdir ki, kimin övladı olmasından asılı olmayaraq bir Azərbaycan vətəndaşı dostları ilə ova çıxıb; balıq tutublar, quş quşlayıblar və s. İndi cavab verin görək, burda qəbahət olan nədir? Ov nə vaxtdan qadağan edilib, görəsən? Yaxud, Sənan Səlimov respublikada tanınmış bir şəxsin, icra başçısının övladıdırsa onun hüquqları pozulmalıdırmı? Axı, hər bir vətəndaş kimi Sənan Səlimovun da qanunun icazə verdiyi şərtlər çərçivəsində ov etmək, dincəlmək hüququ var…
Ov etməyi böyük bir “qanunsuzluq” sayanlara isə zəruri bir xatırlatma edək ki, bunun üçün hansısa imtiyaza sahib olmaq lazım deyil. Sadəcə, ov etmək istəyi haqda müvafiq qurumlara, Ovçular Cəmiyyətinə müraciət etmək və bundan sonra ova çıxmaq olar – hər şey bu qədər sadədir, yəni. Yox, kimlərsə bundan şou yaratmaq, Akif Səlimovu guya gözdən salmaq fürsəti kimi istifadə etmək istəyirsə belələrinə daha bir xatırlatmamız var.
Akif Səlimov I Qarabağ müharibəsinin od-alovundan çıxmış kişilərdəndir. Onun həyat yolu düşmənlə mübarizələrdə keçib. O icra başçısı postuna səngərlərdən gəlib. Akif Səlimov ölkə prezidentinin yüksək etimadına layiq görülən şəxslər sırasındadır. Belə olan halda heç kim üçün qadağan olunmayan bir işə – ov etdiyinə görə Akif Səlimovun oğlunu ittiham etmək nə qədər məntiqlidir? Məncə düşünməyə dəyər, həm də yazını yazmazdan öncə düşünmək daha faydalı olardı.
İDEOLOGİYA.AZ

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button