Gündəm

Cavid Hüseynova qarşı aparılan qara piar kampaniyasında türk düşmənçiliyinin izləri – Politoloq futbolçunu müdafiə etdi

Cavid Hüseynova qarşı aparılan qara piar kampaniyasında türk düşmənçiliyinin izləri - Politoloq futbolçunu müdafiə etdiVasif Əfəndi
politoloq

Gənc jurnalist Rasim Əliyevin ölümü ilə bağlı dərin kədər hissimi bölüşməyə bilməzdim. Həqiqətən cəmiyyətə və mərhumun ailəlsinə vurula biləcək ən ağır zərbədir. Allah rəhmət eləsin. Bu hadisə bir daha sübut etdi ki, azad fikir ifadə edən hər kəsin həyatı (əgər fikirlər qeyri etik və ya ədalətsiz olsa belə ) təhlükədə ola bilər. Hadisənin məhz döyülmə nəticəsində baş verməsi haqqında ekspertiza rəyinin necə olmasından asılı olmayaraq oprtada azad fikirə garşı döyülmə faktı var. Ən azından bu fakt cinayət tərkiblidir və mütləq hadisəni törədənlər cəzasını almalıdır. Həmçinin jurnalistlər də təbii ki, yazdıqlarına diqqət etməlidirlər ki, cəmiyyətdə mövcud olan bu tip insanlardan özlərini qoruya bilsinlər. Əvvəlcə onu qeyd edim ki, həqiqətən də mərhum jurnalist Rasim Əliyev özünün də sonradan etiraf etdiyi kimi Cavid Hüseynovun qardaşlıq jestini söyüş kimi qəbul etməyində səhvə yol verib. Lakin bu kadrlara baxan hər kəs Cavidin məhz qardaşlıq jestini etdiyini açıq aşkar görüb.

Bəs necə olur ki. 10 milyonluq Azərbaycan xalqı bu jesti düzgün başa düşdüyü halda tək Rasim Əliyev qardaşlıq jestini söyüş kimi yozub. Təbii ki. bu da cinayətkarları bu hadisəni törətməyə təhrik edib. Şəxsən mənim özümə qarşı da dəfələrlə təhdid və ölümlə hədələmə halları olub. Hətta mənə telefon nömrəsi verərək bu sayaq görüşə və çay içməyə də dəvət edənlər olub. Sosial şəbəkələrdə bu sayaq ünsürlər kifayət qədərdir. Hakimiyyəti tanınmış insanlara qarşı sərt davranmaqda ittham edərkən, düşünməliyik ki,cəmiyyətimz ümumlikdə belədir. Azad fikirə dözümsüzlük ümumxalq xarakterimizdir. Mən deyərdim ki. azad fikirə dözümsüzlüyü daha çox bu faktları tənqid edənlər özləridir. Bəzən bu sahədə ən çox qınanan tərəf hakimiyyət yetkiləri olsa da bu gün özünü müxalifət sayan düşərgə daha çox dözümsüzlük nümyiş etdirirlər. Bundan ötrü başda Müsavat partiyası olmaqla müxalifət hesab olunan düşərgənin nəzarətində olan sosial şəbəkələrə baxmaq kifayətdir. Bu yazışmalarda söyüşün biri bir qəpik olmaqla yanaşı hər cür təhdid və təhqirlərə rast gəlmək mümkündür.

Bu arada Cavid Hüseynovun komandadan uzaqlaşdırılması haqqında verilən qərarla razı deyiləm. Bildiyimə görə Cavid Hüseynov jurnalisti zayarət edərək ona öz dəstəyini bildib. Azərbaycan və Türkiyə bayraqlarına xüsusi məhəbbət göstərən milli futbolçumuz Cavid Hüseynova qarşı aparılan qara piarda türk düşmənçiliyinin izlərini görürəm.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button